Şamaxıda sement dolu yük maşını 45 metr hündürlükdən dərəyə aşıb - FOTO

07.11.2019 20:21

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 18:00 radələrində Şamaxı-Çöl Göylər avtomobil yolunda qeydə alınıb. Xaçmaz sakini, 1991-ci il təvəllüdlü Musayev Təhmasib İsrar oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə sement daşıyarkən idarəetməni itirib, avtomobil 45 metr hündürlükdən dərəyə aşıb. Dağdan yuvarlanan avtomobildən zərbənin təsiri nəticəsində çıxan sürücü T. Musayev 20 metr kənarda ağır vəziyyətdə tapılıb. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






340 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR