Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bir evdə ölü tapılan 4 bacı-qardaşla bağlı QANDONDURAN FAKTLAR - VİDEO

07.11.2019 11:45

İstanbulun Fatih rayonunda bir evdə ölü halda tapılan Cüneyt (48 yaş), Oya (54 yaş), Yaşar (56 yaş) və Kamuran Yetişkin (60 yaş) adlı 4 bacı-qardaş haqqında maraqlı faktlar ortaya çıxıb.

Qanlarında siyanür adlı kimyəvi maddə tapılanbacı-qardaşlardan ən son Oya Yetişkinin öldüyü aparılan araşdırma zamanı məlum olub.

Bu səbəbdən onun əvvəlcə meyvə suyuna siyanür qarışdıraraq bacı-qardaşına verdiyi, daha sonra özünün içdiyi iddia edilir. Qapıdan "Diqqət. Siyanür var. Polisə zəng edin. İçəri girməyin” xəbərdarlığını da onun yazdığı düşünülür.

Üsküdar Universiteti Narkomaniya və Ekspertiza Elmləri İnstitutunun Ədliyyə Toksikologiyasının sədri Sultan Mehtap Büyüker siyanürün dərhal insanı öldürə biləcək gücə malik olduğunu deyib: "Xüsusilə, yüksək dozadadırsa, dərhal öldürə bilər. Nəfəs yolları və ya ağızdan qəbul edilibsə, dərhal ölüm baş verə bilər. Qəbul edilən miqdara və bədənin metabolizmasına görə bacı-qardaşların ölümü arasında dəqiqə fərqi var. Bədənin temperaturundan ölüm saatını müəyyən etmək mümkündür”.

Bacı-qardaşların ölümünə səbəb olaraq ana-atalarından qalmış külli miqdarda borcu ödəyə bilmədikləri və bu səbəbdən uzun müddətdir ki, sıxıntı yaşadıqları göstərilir./publika.az

© xezerxeber.az


2094 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR