Rusiya və Türkiyə RAZILAŞDI: 150 saat ərzində... - Dünya bu açıqlamanı gözləyirdi - VİDEO

23.10.2019 09:20

Çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarından çıxarılmalıdır.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib.

"Tarixi razılaşmaya imza atdıq. Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik. 150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək. Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq. Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər", - Ərdoğan bildirib.

Tel Rıfat və Münbiçdəki bütün YPG terrorçuları da silahları ilə birlikdə bölgədən çıxarılacaq.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Rəsulayn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.

Vladimir Putin Suriyada separatçılıq əhval-ruhiyyəsinin artmasına görə narahatlığını ifadə edib.

"Bu regionda terrorçuluq təhlükəsinin artması və bu regionda etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük", - deyə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bildirib.

Rusiya lideri qeyd edib ki, bu ziddiyyətlər və separatçılıq əhval-ruhiyyələri son zamanlar kənardan süni şəkildə qızışdırılır.

Qeyd edək ki, prezidentlərin görüşü 6 saat davam edib./publika.az

© xezerxeber.az


2270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR