Pompeodan DÜNYANI SİLKƏLƏYƏCƏK BƏYANAT: ABŞ Türkiyə ilə müharibəyə hazırdır

22.10.2019 10:01

Prezident Donald Tramp Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton sülhü müharibədən üstün tutur.

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

"Əgər hərbi hərəkətlər lazım olarsa, siz bilməlisiniz ki, prezident Tramp belə hərəkətlərə təşəbbüs etməyə tamamilə hazırdır”, - Dövlət Departamentinin başçısı CNBC telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" antiterror əməliyyatına başlayıb. Oktyabrın 17-də isə YPG terrorçularının bölgədən çəkilməsini nəzərdə tutan Türkiyə-ABŞ razılaşması əldə edilib. Razılaşmaya əsasən, əməliyyat 120 saat müddətində dayandırılıb./publika.az

© xezerxeber.az


1594 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR