"Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqdadır. Həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı mütləq tədbir görüləcək".
XəzərXəbər bildirir ki, bunu Modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov söyləyib. O qeyd edib ki, müraciətlər daxil olduqca addım atılır:
"Məsələn, bir neçə ay əvvəl müraciət əsasında daha bir küçənin adı dəyişdirildi. Nəsimi rayonunda yerləşən küçələrdən birinə bəstəkar Süleyman Ələsgərovun adı verildi. Belə müraciətlər olur və biz həmin küçələrin adlarının yenilənməsinə çalışırıq".
Qeyd edək ki, Modern.az bir müddət öncə Bakıda qəribə adları hələ də saxlanan küçələrin siyashısını gündəmə gətirmişdi. Binəqədi rayonunda yerləşən "Keçid məhəllə", "Vtorçermet - Yusifzadə", "Rezervuar", "İzlivnoy", "Stroydetal", "2-ci dəmiryol küçəsi", "3-cü dəmiryol küçəsi", "1-ci - 15 ci sıra küçələri", "Vorovski", "Xutor", Yasamal rayonu ərazisindəki "7-ci Sallaqxana", Nəsimi rayonunda yerləşən "22-ci dairə", "Kərpic", "7-ci Sverdlov", "Todorski", "Droqal" küçələri, "İnşaatçılar" prospekti və s. kimi küçələr həmin siyahıda yer alıb.
© xezerxeber.azAxşam yemək yeməmək İNSANI KÖKƏLDİR - Alimləridən maraqlı araşdırma
Axşam yemək yeməmək İNSANI KÖKƏLDİR - Alimləridən maraqlı araşdırma
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi
Xırdalanda güclü partlayış - Dağıntılar altından 2 nəfər çıxarılıb
Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib - VİDEO
Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Çavuşoğlu: Azərbaycanlı mühəndisin nəşini ölkəsinə göndərəcəyik
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB