Əməliyyatların 8-ci günü - Türkiyədən böyük uğur, liderləri biabırçı şəkildə... - FOTO

16.10.2019 12:47

"Sülh çeşməsi" əməliyyatı 8-cü günündə terrordan təmizlənən Təl Abyad və Ras əl Eyn şəhərləri ətrafında davam edir.

Türkiyənin Şanlıurfa şəhərinin Ceylanpınar mahalının qarşısında yerləşən Ras əl Eyn şəhərinin ətraf əraziləri tank atışları ilə vurulur.

***

"Sülh çeşməsi” hərəkatı çərçivəsində öldürülən PKK/YPG terrorçularının sayı 637-ə çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb.

Terrorçuların geniş silah-sursat anbarı yerləşən bölgəyə sızan Suriya Milli Ordusu ilə təsbit edilən mövqelərdəki terrorçular arasında döyüş davam edir. Terror ünsürləri Türkiyə Silahlı Qüvvələrinin dəstək ünsürləri ilə vurulur.

Döyüş səsləri Ceylanpınar bölgəsindən eşidilir.

TSQ və SMO-nun nəzarətində olan Təl Abyad və Rəsulayn şəhərlərində terrorçu liderlər mülki geyimdə aradan çıxmaq istəyirlər.

***

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi "Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 8-ci günündə planlaşdırıldığı kimi davam edir.

"Anadolu” agentliyi xəbər verir ki, oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 611 terrorçu zərərsizləşdirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan min kvadrat kilometrlik ərazinin terrordan təmizləndiyini açıqlayıb.

Şəhər mərkəzi terror təşkilatından təmizlənən Rəsulaynın sənaye zonası hesab olunan bölgəsində döyüşlər şiddətlənib. PKK/YPG-nin ciddi silah-sursat ehtiyatı olduğu bölgəyə sızan Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir. Atışma səslərini Ceylanpınardan da eşitmək mümkündür.

Terrorçulardan təmizlənən Tel Abyad və ətraf ərazilərdə çox sayda silah-sursat ələ keçirilib.

Suriyanın hökumət güclərinin Münbiçdən sonra Rakkanın şimalındakı Ayn İsaya da girdiyi barədə məlumatlar var. Bundan başqa, Qamışlının bütün məktəbləri və hökumət idarələrində PYD/YPG bayrağının endirilərək Suriya bayrağı ilə dəyişdirildiyi iddia edilir./publika.az

© xezerxeber.az


4071 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR