Məşhur ekstrasensdən Azərbaycanla bağlı QORXUNC PROQNOZ

12.10.2019 12:22

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıya gəlib.

XəzərXəbər xəbər verir ki, Milli.Az-ın qonağı olan Zirəddin təəccübləndirən proqnozları ilə yadda qalıb.

Ekstrasens ona ünvanladığımız "Zirəddin bəy, son bir ili digər illərlə müqayisə etsək, görərik ki, ölkəmizdə zəlzələlərin sayında artım müşahidə edilir. Qarşıda Azərbaycanı hansısa təbii fəlakət gözləyirmi?" suala qəti cavabı ilə diqqət çəkib:

"2021-2022-ci illər Azərbaycan üçün təhlükəlidir. Təbii fəlakətlər, xüsusən də zəlzələlər və su daşqınları olacaq. Mən əminəm buna! Əmin olmadığım şeyi mən heç vaxt demirəm. 2021-2022-ci illərdəki zəlzələlərdə fəlakət olacaq".

© xezerxeber.az


433 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR