Sumqayıt yaxınlığında qorxunc hadisə: ÖLƏNLƏR VAR - ŞOK VİDEO

10.10.2019 13:57

Bu gün Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Səhər saatlarında yağıntılı hava şəraitində "VAZ 2107” markalı minik avtomobili yük maşınına çırpılıb. Bundan sonra yol ilə hərəkət edən digər yük maşını qəzaya uğramış yük maşını ilə toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində 3 nəfər həlak olub.

Report-un verdiyi məlumata görə, qəza zamanı minik maşınında olan bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Dəhşətli qəzanı əks etdirən görüntüləri təqdim edirik.

publika.az

© xezerxeber.az


2848 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR