Suriyanın şimalındakı problemlər dialoq yolu ilə həll olunmalıdır.
Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.
Türkiyənin Fərat çayının şərqində təşkil etdiyi hərbi əməliyyatla bağlı danışan nazir bildirib ki, Rusiya Türkiyə-Suriya sərhədindəki problemlərin həllinə cəlb etmək üçün bu ölkədəki kürd qüvvələri və Dəməşqlə təmas saxlayır. Həmçinin qeyd edib ki, Rusiya dialoqun yaranması üçün vasitəçi olacaq. Bölgədə sabitlik və davamlılığın təmin olunması üçün tək yolun bu olduğunu vurğulayan Lavrov Dəməşq və kürdlərin dialoqa hazır olduğunu bildirib.
Nazir ABŞ-ın Suriyadakı hərəkətlərinin əsassız olduğunu, bunun Vaşinqtondakı anlaşmazlığı əks etdirdiyini qeyd edib. Əlavə edib ki, Donald Tramp Pentaqon qüvvələrinin geri çəkilməsi ilə bağlı verdiyi vədi tutmaya bilər.
Qeyd edək ki, Sergey Lavrov ötən gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonda Suriya məsələsini müzakirə etmişdi./publika.az
© xezerxeber.azAvropa Birliyindən vaksinasiya pasportu ilə bağlı yeni QƏRAR
Avropa Birliyindən vaksinasiya pasportu ilə bağlı yeni QƏRAR
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Xaricdən sifariş edilən bağlamalar niyə gecikir? - RƏSMİ AÇIQLAMA
Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Baş Nazirdən yeni qərar - Bu şəxslərə kompensasiya ödəniləcək
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB