Fərat çayının şimalındakı terror ünsürlərini təmizləmək üçün hərəkətə keçəcək Türkiyə Silahlı Qüvvələrinə Azad Suriya Ordusu (ASO) yardım edəcək.
ASO artıq ağır silahlar və raketlərin iştirak etdiyi təlimlərlə müharibə sınağı keçirib.
ASO-nun Həmzə Tüməni və Xüsusi Təyinatlı Dəstələri komandiri Seyf Əbubəkir Ankaradan əmr gözlədiklərini, təlimata uyğun olaraq Fəratın şərqinə keçib PKK-nın kökünü qazıyacaqlarını bildirib: Milli Ordunun bir parçasıyıq. Əsgərlərimiz, planlarımız hazırdır. Ankara istənilən hədəfi göstərəndə biz ora getməyə hazırıq. Hazırda fövqəladə vəziyyətdəyik”.
Son 1 həftə içində hər gün təlim keçirən ordu əsgərləri öyrəndiklərini təkrar edərək yaxın döyüş, ağır silahlardan istifadəni öyrənir. ASO-nun qollarından olan Həmzə Tüməni və Süleyman Şah qrupları daha əvvəl terrorçulardan təmizlənən Afrində müharibə kimi təlim keçirib. Ağır silahlar ve roketlərin istifadə edildiyi təlimə 2 min əsgər qatılıb.
Qeyd edək ki, Azad Suriya Ordusu ötən il "Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri ilə birgə Afrin şəhərini terrorçulardan təmizləmişdi./publika.az
© xezerxeber.azİki ölkə arasında gərginliyə səbəb olacaq qərar - 16 vyetnamlı...
Əksər küçə və prospektlərdə yağış barmaqlıqları yoxdur - VİDEO
Sərxoş sürücülərə qarşı cəzalar daha da sərtləşdirilir - VİDEO
İki ölkə arasında gərginliyə səbəb olacaq qərar - 16 vyetnamlı...
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB