Müharibə elan edildi - Türkiyə ordusu bu ölkəyə girir, dəhşətli SAVAŞ BAŞLAYIR

07.10.2019 11:43

"ABŞ bizə verdiyi sözün üstündə dayanmadı. Buna görə də Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlarına cavab verəcəyik”.

Bunu PKK/YPG terror təşkilatının Suriya Demokratik Qüvvələri açıqlayıb.

Açıqlamada ABŞ qüvvələrinin Türkiyə-Suriya sərhədindən geri çəkildiyi də qeyd olunub.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Danışığın detallarını Ağ Ev açıqlayıb. Fərat çayının şərqində terror ünsürlərinə qarşı hazırlanan hərbi əməliyyatların müzakirə edildiyi danışıqda Türkiyənin yaxın zamanda Suriyanın şimalına doğru uzun müddətdir planlaşdırdığı əməliyyat üçün hərəkətə keçəcəyi bilgisi verilib. ABŞ tərəfindən isə Silahlı Qüvvələrinin bu hərəkatı dəstəkləməyəcəyi və daxil olmayacağı qeyd olunub.

Daha əvvəl ABŞ Müdafiə Nazirliyi İŞİD terror təşkilatı ilə mübarizəni bəhanə edərək hərbi təchizat və logistika dəstəyi verdiyi PKK/YPG terror təşkilatına onları Türkiyəyə qarşı qoruyacağını sözünü vermişdi./publika.az

© xezerxeber.az


6199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR