Lənkəranda quayava meyvəsi yetişdirilib - VİDEO

05.10.2019 20:56

Lənkəranda bölgə üçün xarakterik olmayan quayava meyvəsi yetişdirilib.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev bunun üçün 20 ilə yaxın vaxt və xeyli əmək sərf edib.

Nəticədə vətəni Cənubi Amerika olan quayava tropik/subtropik bitkisini yerli iqlimdə yetişdirə bilib. Təcrübələr əsasən qırmızı və sarımtıl quayava üzərində aparılıb.

Çox tez bir vaxtda, əkildiyinin 3-cü ilində məhsul verən quayava ağacı may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabr-noyabr aylarında yığılır. Bir ağac yaşından və boyundan asılı olaraq 50-100 kq məhsul verir. Feyxoa ilə bir nəsildən olan quayava bitkisi həm toxumla, həm də vegetativ üsulla artırılır.

Fərman Quliyevin sözlərinə görə, xəstəliklərə qarşı dözümlü olan quayavaya böyük maraq və tələbat var. Bunu nəzərə alan elmi mərkəz tərəfindən tingçilik təsərrüfatının yaradılmasına da başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






793 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR