Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO

20.09.2019 19:41

Dəfələrlə yol hərəkəti qaydasını pozan sürücülərin inzibati qaydada həbs edilməsi ilə bağlı xəbərlər vermişik. Bu dəfə isə Bakıda qaydalarıkobud şəkildə pozan piyada həbs edilib. Yol polisinə məhəl qoymayan piyada sürətlə şütüyən avtomobillərin arasından yolu keçmək istəyib. Həmin şəxs saxlanılıb və inizbati qaydada həbs olunub.

Piyadahərəkətin intensiv olduğu yoldan keçməyə cəhd edir.

Yol polisi həmin şəxsə yaxınlaşıb təhlükəli vəziyyətin qarşısını almağa çalışır.

Görüntülər paytaxtın Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsində ''Təhlükəsiz Şəhər'' kameraları tərəfindən çəkilib. Dəfələrlə yol polisi piyadaya yolu keçməyin təhlükəli olduğunu izah etsə də piyada buna məhəl qoymayaraq, sürücülər üçün təhlükəli vəziyyət yaradaraq əks tərəfə keçib. Yolun digər tərəfində olan patrul əməkdaşları ona yaxılaşdıqda isə piyada onlara da etiraz edərək yoluna davam etmək istəyib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları şəhər sakini, 24 yaşlı Əli Sultanovu saxlayaraq əraziyə gələn post-patrul əməkəşlarına təhvil veriblər. O, bu əməlini xəstə anasınabaş çəkmək üçün tələsiməsi ilə izah edib.

İnzibati qaydada həbs edilən Əli Sultanov ifadəsinə onu da bildirdi ki, həmin görüntüləri özü də görüb. O, kobud qayda pozuntusuna görə indi peşman olduğunu deyir.

Qeyd edək ki, həmin ərazidən hər gün xeyli piyada yolun bir tərəfindən digər tərəfinə keçir. Bu səbəbdən də Avtomobil Yolları Dövlət Agentliyi piyada çoxluğunu nəzərə alarq orada yerüstü keçidin inşasına başlayıb.

© xezerxeber.az


405 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR