466 milyon illik sirr aşkara çıxdı: İnsanlığı gözləyən BÖYÜK TƏHLÜKƏ

20.09.2019 14:46

Yer kürəsinin 466 milyon il əvvəl gözlənilməz bir şəkildə buz dövrünə girdiyini bilirdik.

Bu sirli hadisənin səbəbi "Science Advances” (Elmin üstünlükləri) dərgisində dərc olunan məqalədə təqdim edilib.

Çikaqo Universitetində işləyən Filip Hekin rəhbərliyi ilə aparılan araşdırmaya görə, planetimizin buz dövrünə girməsinin səbəbi Yer kürəsi ilə nəhəng meteoritin toqquşması olub. Toqquşma nəticəsində Yerin atmosfer qatı toz ilə örtülüb və bu da Günəş şüalarının bir müddət Yerin səthinə düşməsinin qarşısını alıb. Hek bildirib ki, bu toqquşmanın təsirlərini planetimiz hələ də hiss edir.

Bəs Yer kürəsi üçün eyni təhdid davam edirmi?

Mütəxəssislərin fikrincə, bəli! Yer kürəsi astreiodlərlə mübarizədə müdafiəsizdir.

Hollivud filmlərinin ən məşhur mövzularından biri olan bu ssenariyə cavab NASA-dan gəlib. Qurumun ehtimalına görə, Yer kürəsi asteroid və ya bir meteoritlə toqquşsa, gələcəyimiz heç də parlaq olmayacaq.

NASA professoru Yosef Natın Amerika Geofizika Birliyindəki çıxışında sürpriz bir asteroidə müdaxilə edəcək zamanın olmaya biləcəyini vurğulamışdı. Ən böyük problem isə insanlığın bu vəziyyətdə necə davranacağına dair dəqiq yol xəritəsinin olmamasıdır. Bu risk isə hər an gerçəkləşə bilər.

Nata görə, bu riski aradan qaldıra biləcək yeganə yol ancaq Yer kürəsi ilə toqquşa biləcək asteriodləri müşahidə və analiz edəcək kosmik gəmisinin kosmosa göndərilməsidir. Əgər kifayət qədər məbləğ yatırılsa, 1 il ərzində bu kosmik gəmi hazırlanıb göndərilə bilər./Publika.az

© xezerxeber.az


2825 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR