Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı

18.09.2019 12:34

Gəncə şəhərində saxta dərman satışı ilə məşğul olan qadın saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əsasən originalları "Altes Farm” şirkətinə məxsus olan və hamilə qadınların istifadəsi üçün nəzərdə tutulan dərmanların saxtasını satan Musayeva İradə İlham qızı saxlanılıb.

XəzərXəbər xəbər verir ki, faktı BAKU.WS-in bölgə müxbirinə "Altes Farm” şirkətindən təsdiq ediblər.

Belə ki, saxta dərmanlar ölkəyə Gürcüstan Respublikasından qaçaq yolla gətirlib və İradə Musayeva bu dərman vaistələrini daha ucuz qiymətə satırmış.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, qadın dərmanları Abbas Səhət adına 1 saylı Xəstəxanaya və Pernatal Mərkəzdə satışını aparıb.Hazırda faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


2153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR