Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Mahir Emrelinin evi qarət olunub - VİDEO

11.09.2019 18:30

Bakıda məşhur futbolçunun evi qarət edilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət yığma komandanın və ''Qarabağ'' futbol klubunun hücumçusu Mahir Emrelidən gedir.

Futbolçunun yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 11 ünvanındakı evindən oğurluq olub.

Mahir Emrelinin anası Elnura Emreli polisə məlumat verərkən evdən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl əşyaları və 5 ədəd mobil telefon oğurlandığını deyib. Dərhal hadisə yerinə ərazi üzrə 40-cı polis bölməsinin əməkdaşları gələrək baxış keçiriblər. Məlum olub ki, cinayətkarlar evə pəncərəni qıraraq daxil olublar.

40-cı polis bölməsindən bildiriblər ki, hadisə ilə bağlı cinayət işi başlanıb, amma hələlik saxlanılan yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






790 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR