Xarici dövlət nömrə nişanlı avtomobil sürücülərinə BƏD XƏBƏR

09.09.2019 12:38

Artıq xarici dövlət nömrə nişanlı avtomobil idarə edən sürücülər diqqətli olmalıdır.


"Xarici dövlət nişanlı avtomobillər çox zaman Azərbaycan vətəndaşları tərəfindən idarə edilir. Bunlara daha çox xarici ölkələrdə yaşayan azərbaycanlılardır. Onlar yaşadıqları ölkələrdə idarə etdikləri avtomobillərlə Azərbaycana gəlir və sui-istifadə edərək, kobud qayda pozuntularına yol verirlər".

XəzərXəbər xəbər verir ki, bu barədəSputnik Azərbaycan-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

O, qeyd edib ki, əvvəllər həmin şəxslərin törətdiyi qayda pozuntuları cəzasız qala bilirdi. Çünki kamera və radarlar bəzi ölkələrin nömrələrini oxuya bilmirdi.

"Xüsusən Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin sayı artıb. Sürücülər bu nömrələrin kamera və radarlara düşmədiyini bildiyi üçün sürət limiti, qırmızı işıq, qoşa xətt və s. qayda pozuntularına yol verirdilər. Sonradan Dövlət Yol Polisinin məlumat mərkəzi təkmilləşdirildi. Xarici dövlət nömrə nişanı olan avtomobillərə cərimələr tətbiq edilməyə başlanıldı. Və indi dəyəri 4-5 min manat, cəriməsi 5-10 min manat olan avtomobillər hələ də cərimə meydançasındadır. Bu səbəbdən də artıq xarici dövlət nömrə nişanlı avtomobil idarə edən sürücülər diqqətli olmalıdır" – deyə ekspert əlavə edib.


© xezerxeber.az


2681 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR