Komitə VAZ-ları satışa çıxardı: 2 min manata

09.09.2019 11:17

Dövlət Statistika Komitəsi işlətmədiyi VAZ markalı avtomobilləri satışa çıxarıb.

XəzərXəbər xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 8 oktyabr tarixində açıq hərrac təşkil edəcək. Hərraca ümumilikdə 6 avtomobil təqdim edilib. Onlardan dördünü DSK-nin fərqli rayon idarələri, digər iki avtomobildən birini Şirvan Apellyasiya Məhkəməsi, digərini isə Dövlət Sığorta Kommersiya Şirkəti çıxarıb.

DSK hərraca 4 ədəd 2006-2007-ci il istehsalı olan VAZ-21043 markalı avtomobil təqdim edib. Vəziyyətindən asılı olaraq avtomobillərin qiyməti 2300-4000 manat arasındadır.

Hərracın ən yüksək qiymətə avtomobili Şirvan Apellyasiya Məhkəməsi təqdim edib. Məhkəmənin özəlləşdirməyə təqdim etdiyi 2007-ci il istehsalı olan "Toyota Avalon”un ilkin satış qiyməti 10.000 manatdır.

Dövlət Sığorta Kommersiya Şirkətinin hərraca çıxardığı VAZ-21074 avtomobili üçün isə ilkin satış qiyməti 2000 manat müəyyən edilib.

© xezerxeber.az


1155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR