Bakıda toz dumanı yaranıb - Səbəb nədir? - VİDEO

24.08.2019 19:08

Bir necə gündür ki, ölkə ərazisində, xüsusilə paytaxt Bakıda kəskin istilər müşahidə edilirdi. Bu gündən isə Bakıda külək başlayıb. Hətta külək şəhəri tozla birlikdə öz ağuşuna alıb. Hidrometeoroloqlar havanın yaxın günlərdə kəskin dəyişəcəyini bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu gün Bakıda toz dumanı müşahidə edilib.

Hidrometeoroloqlar bildirir ki, şəhərin səmasının toza bürünməsinin səbəbi bu gündən əsməyə başlayan küləkdir.

Tozlu havanın olması yaxşı hesab edilməsə də, küləyin əsməyə başlaması isə son günlər müşahidə olunan kəskin istilərin mülayimləşəcəyindən xəbər verir.

Hidrometeoroloqların sözlərinə görə, havalar istiləşməyəcək, əksinə, yaxın günlərdə yağış yağacaq, şimşək çaxacaq.

Tibbi-meteoroloji proqnoza görə, bu günlərdə hökm sürən hava şəraiti insanlarda diskomfort hiss yaradır ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR