Sentyabrın 1-dən maaşları artacaq şəxslərin - SİYAHISI

22.08.2019 17:49

Sentyabr ayından etibarən vahid tarif cədvəli ilə əməkhaqqı alanların maaşları 40 faiz artacaq. Artım ümumilikdə 450 min insana şamil ediləcək.

Prezident İlham Əliyevin minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı sərəncamına əsasən yeni vahid tarif cədvəli müəyyənləşib. Cədvələ əsasən 1-ci kateqoriya üzrə minimum əməkhaqqı 250, 19-cu kateqoriya üzrə isə 906 manat müəyyənləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun sözlərinə görə, bu artım 450 min insanı əhatə edəcək.

Sentyabrın 1-dən maaşları artacaq dövlət və ya özəl qurumlarda işləyənlərin siyahısını təqdim edirik:

Mərkəzi Seçki Komissiyası

Sədr –3060manat, Sədrin müavini –2845manat, Katib –2110manat, Komissiya üzvü –1920manat.

Bakı və Sumqayıt şəhərlərinin səhiyyə şöbələri

Baş mühasiblərin maaşı 336 manatdan470manata, baş mühasibin müavininin maaşı 315 manatdan440manata, bölmə rəhbəri və qrup rəhbərinin maaşı 308 manatdan430manata, böyük mühasib və böyük iqtisadçının maaşı 303 manatdan420manata, aparıcı mühasib və aparıcı iqtisadçının maaşı 297 manatdan410manata, mühasib və iqtisadçının maaşı 292 manatdan405manata, böyük xəzinədar və kompüter üzrə mütəxəssisin maaşı 270 manatdan375manata, avtomobil sürücüsünün maaşı 210 manatdan320manata, xəzinədar, katibə və kompüter operatorunun maaşı 210 manatdan295manata, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan260manata qaldırılıb.

Dövlət Film Fondu

Direktorun maaşı 798 manatdan1110manata, direktor müavininin maaşı 677 manatdan945manata, şöbə müdirinin maaşı 600 manatdan835manata, fondların baş mühafizəçisi, baş biblioqraf, baş redaktor və baş mütəxəssisin maaşı 523 manatdan730manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis və bərpaçı-rəssamın maaşı 495 manatdan690manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi və mütəxəssisin maaşı 484 manatdan675manata, avtomobil sürücüsünün maaşı 210 manatdan320manata, kinomexanik, katibə-kompüter operatoru və kompüter operatorunun maaşı 210 manatdan295manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran və dalandarın maaşı 180 manatdan260manata qaldırılıb.

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilər

Ali kateqoriya üzrə aylıq vəzifə maaşları 220 manatdan310manata, 1-ci kateqoriya dövlət orqanlarında dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 210 manatdan295manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 200 manatdan280manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları 180 manatdan260manata qaldırılıb.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)Rəyasət Heyəti və AparatıvəAMEA-nın Gəncə bölməsinin aparatının işçiləri

AMEA prezidentinin maaşı 1837 manatdan2570manata, AMEA-nın 1-ci vitse-prezidentinin maaşı 1276 manatdan1780manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin maaşı 1177 manatdan1645manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin maaşı 880 manatdan1230manata, idarə rəisinin maaşı 853 manatdan1190manata qaldırılıb.

AMEA-nın Gəncə bölməsinin aparatında əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin maaşı 825 manatdan1150manata, idarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisinin maaşı 704 manatdan980manata, qeyri-əsas şöbənin rəisinin maaşı 517 manatdan715manata, qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisinin maaşı 484 manatdan675manata, baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin maaşı 451 manatdan630manata, aparıcı mütəxəssisin maaşı 407 manatdan570manata, mütəxəssisin maaşı 374 manatdan520manata, arxiv müdiri, təsərrüfat müdirinin maaşı 275 manatdan385manata, avtomobil sürücüsünün maaşı 210 manatdan320manata, böyük arxivçi, böyük inspektorun maaşı 210 manatdan310manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektorun maaşı 195 manatdan295manata, texnik, komendant, laborantın maaşı 185 manatdan270manata, bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan260manata qaldırılıb.

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi


"Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi


Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi


Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının,Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla),Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla),Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

BAKU.WS

© xezerxeber.az


3100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR