Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bütün ailə üzvlərini öldürən gənc islam qaydası ilə dəfn edilib - VİDEO

20.08.2019 14:43

Rusiyada dəhşətli cinayət törədən və sonra özünü öldürən yeniyetməmüsəlman qaydası ilə dəfn edilib.

Anası rus, atası tatar olan 16 yaşlı Tamerlan Kamaletdinovun cəsədi İslam qaydalarına uyğun yuyulub və kəfənlənib.

Onu qətlə yetirdiyi ailə üzvlərinin yanında deyil, müsəlman qəbirsanlığında dəfn ediblər.

Xatırladaq ki, ötən gün Tamerlan Kamaletdinov balta ilə 66 yaşlı babasını, 69 yaşlı nənəsini, 42 yaşlı anasını və 4 yaşlı əkiz qardaş və bacısını qətlə yetirib.

Daha sonra dostuna zəng vuraraq, ailəni öldürdüyünü və intihar edəcəyini bildirib.


Dostu ilə danışdıqdan sonra özünü evlərindən 500 metr məsafədə yerləşən mobil operator qülləsindən ataraq, canına qəsd edib.

Yaxınları və qonşuların bildiriblər ki, yeniyetmə əvvəldən qeyri-adi hərəkətləri ilə diqqət mərkəzində olub. Lakin onun belə dəhşətli cinayət törətdiyini heç kim ağlına belə gətirməzdi.

Qeyd edək ki, oğlan dostuna bildirib ki, özünü öldürmək fikrinə çoxdan düşüb. Lakin ailəsi onu çox sevdikləri üçün onun ölümündən sonra əzab çəkəcəklər. Bu səbəbdən də, yeniyetmə onları öldürüb.

BAKU.WS


© xezerxeber.az


344 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR