MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

20.08.2019 13:09

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin "MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

© xezerxeber.az


438 dəfə oxunub

XƏBƏRLƏR

19.02.2020 09:28

Neft yenidən bahalaşıb

ÇOX OXUNANLAR