Salyanda balıqlar kütləvi tələf olur - VİDEO

19.08.2019 19:42

Salyan rayonunda bir neçə balıq göllərində quruma təhlükəsi yaşanır. Suyun olmaması balıqların kütləvi tələf olmasına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət rayonun Həsənli kəndi ərazisində yerləşən süni göllərdən gedir.

Artıq bir neçə aydır ki, su olmadığına görə sözügedən göllərdə balıqların ölümü müşahidə olunur.

Təsərrüfat sahibləri deyir ki, göllərdə su günü-gündən azalır. Göldə suyun yenilənməməsi balıqların zəhərlənməsinə səbəb olub.

Həsənli kənddində su qıtlığı təkcə bu təsərrüfatlarda yox, ərazidə mövcud olan göllərin hamısında yaşanır. Balıqların qırılması müşahidə olunur. Aran Su Birliyinin sədri Əfqan Ələkbərovun bildirdiyinə görə, hazırda pambıq təsərrüfatları suvarıldığı üçün su növbəli şəkildə verilir. Həmin təsərrüfatlar uzaq olduğuna görə suyun yığılması ləng gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






563 dəfə oxunub

ÇOX OXUNANLAR