"Xəzər Xəbər" ''102'' xidmətində - Mərkəzə bir gündə 4-5 min zəng daxil olur - VİDEO

17.08.2019 18:55

Bir gün ərzində Daxili İşlər Nazirliyinin "102" - Zəng Mərkəzinə 4-5 minə qədər zəng daxil olur.

Xezerxeber.az-ın məlumatına görə, zənglərin bir qismi cinayət və hadisələrlə bağlı olur, digərləri isə ümumiyyətlə polisə aid olmayan mövzulardır.

"102" - Zəng Mərkəzi Sisteminin rəisi Aygün Hümbətova deyib ki, bir gün ərzində qaynar xəttə təxminən 4500 zəng daxil olur. Zənglərin təxminən mini hadisə və cinayətlərlə bağlı olur. Digərləri isə polisə aid olmayan mövzular olur.

Qeyd edək ki, "102" - Zəng Mərkəzinə cinayətlərlə bağlı ən çox zəng oğurluq, soyğunçuluq, hadisələrdən isə yol qəzaları ilə bağlı olur. Bəzən zəngləri qəbul edən xanım polislərlə kobud rəftar edənlər də çıxır. Bunlar əsasən Daxili İşlər Nazirliyinə aid olmayan şikayətlərdir.

Qeyd edək ki, son bir neçə ildə Azərbaycanda keçirilən mötəbər beynəlxalq idman yarışları ilə əlaqədar çoxsaylı turistlərin gəlişini nəzərə alan Daxili İşlər Nazirliyinin rəhbərliyi "102" - Zəng Mərkəzində çalışan xanım əməkdaşları bir neçə xarici dil öyrənmək üçün kurslara cəlb edib. Məqsəd müraciət edən əcnəbilərə vaxtında kömək etməkdir.

Odur ki, qarşılaşdığınız, şahidi olduğunuz hadisə və cinayətlə bağlı məlumatı ilk olaraq ''102'' xidmətinə verin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






496 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 16:47

Ziynet Sali evləndi

ÇOX OXUNANLAR