Köhnə avtomobillərin dövranı bitir - yeni utilizasiya proqramı hazırlanır

17.08.2019 12:06

Nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması, mövcud məlumatların toplanması üçün həmicraçı qurumlarla aidiyyəti işlər aparılır.

Bunu Oxu.Az-a özəl açıqlamasında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini bildirib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub:

"Hazırda mövcud məlumatların toplanması məqsədilə həmicraçı qurumlarla aidiyyəti işlər aparılır. Eyni zamanda, proqramın hazırlanması üçün məsləhətçi şirkət cəlb olunub və beynəlxalq təcrübənin öyrənilməsinə başlanılıb".

R.Məmmədov əlavə edib ki, beynəlxalq təcrübə əsasında yerli şəraitə uyğun iqtisadi və maliyyə mexanizmləri vasitəsilə yerli istehsalın stimullaşdırılması üçün güzəştlərin tətbiqi, tariflər, prosedurlar və digər müvafiq sənədlər hazırlanacaq:

"Yəni bu istiqamətdə işlər davam etdirilir".

Qeyd edək ki, Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndində (7.3.7. Nəqliyyat vasitələrinin utilizasiyasının təşkili) Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması qeyd edilib. Proqramın tətbiqinə 2019-2020-ci illərdə başlanılması proqnozlaşdırılıb.

© xezerxeber.az


464 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 16:47

Ziynet Sali evləndi

ÇOX OXUNANLAR