Lionel Messi Neymardan “Real”a keçməməyi xahiş edib

13.08.2019 11:58

Argentina milli komandasının və İspaniya "Barselona”sının futbolçusu Lionel Messi Neymarın transferi ilə bağlı məsələyə qoşulub.

O, braziliyalı hücumçuya zəng vuraraq "Barselona”nın prinsipial rəqibi "Real”a keçməməyi xahiş edib.

L.Messi "sambaçı”nı məhz "Barselona”ya qayıtmağa razı salmağa çalışıb. Çünki Neymarı heyətində görmək istəyən komandalar arasında Madrid klubu daha şanslı hesab olunur və parislilər də onun "Barselona”ya deyil, digər komandaya keçidində maraqlıdır.

Qeyd edək ki, 2013-17-ci illərdə "Barselona”da çıxış edən Neymar son iki ildə şərəfini qoruduğu PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. Lakin onun komandadan ayrılacağı dəqiqləşib.

© xezerxeber.az


305 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR