Bakıda həbsdə olan ərinə heroin gətirən qadın saxlanılıb - FOTO

13.08.2019 11:14

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 və 16 saylı cəzaçəkmə müəssisələrinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən xezerxeber.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 177.2.2; 177.2.3; 177.2.4; 191.3.1; 29.186.2.1; 29.186.2.2 və 228.2.1-ci maddələrinə əsasən 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum, Zəkiyev Qahir Mirəli oğluna Xırdalan şəhər sakini Əhmədov Qədir Adil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı püstələrin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 3,930 qram olan narkotik maddə - heroin aşkar edilib.

Bundan başqa Cinayət Məcəlləsinin 234.1; 69.3; 93.1.2 və 66.5-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum, İlyasov Kənan Həsən oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Sumqayıt şəhər sakini İlyasova Aygün Akif qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan plastik yemək qabındakı kotletin içərisində xüsusi üsulla gizlədilmiş bükülüdə ümumi çəkisi 1,172 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






231 dəfə oxunub

ÇOX OXUNANLAR