Övladının andiçmə mərasimindən qayıdan ailə qəzaya düşdü - 1 ölü, 3 yaralı var - VİDEO

12.08.2019 12:09

Masallıda əsgər övladının andiçmə mərasimindən qayıdan ailə qəzaya düşüb. Nəticədə bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi ötən gecə Əələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb. Liman şəhər sakini, 23 yaşlı Nicat Əzimlinin sükanı arxasında olduğu maşın qarşıdan gələn Masallı sakini, 44 yaşlı Mürşüd Nəsirovun idarə etdiyi avtomobillə toqquşub. Nəticədə sərnişinlərindən biri, 50 yaşlı Vidadi Əzimli hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi-Ekseprtiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisədə xəsarət alan 3 nəfər isə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, vəfat edən Vidadi Əzimli ailəsi ilə birgə əsgər övladının andiçmə mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az hadisə ilə bağlı videogörüntünü təqdim edir:

© xezerxeber.az

FOTOQALERIYA






518 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR