Azərbaycanda toydan sonra DƏHŞƏT YAŞANDI – Döyə-döyə öldürdülər - VİDEO

05.08.2019 20:00

Toyagedən Neftçala sakini həmyerlisi tərəfindən qətlə yetirilib. .

Məlumata görəgörə, həmin axşam royonunBankə qəsəbəsinin sakini, 49 yaşlı Mahir Əliyev həmyerlisi tərəfindən toya dəvət olunub. O, da toyda iştirak etmək vəözünü səliqə-sahmana salmaq üçün axşam üstü evə qayıdıb.

Yaxınlarının bildirdiyinə görə, Neftçala şəhərində fəaliyyət göstərən şadlıq saraylarının birində 4 uşaq atası olan Mahir Əliyev toyda həmyerliləri ilə birgə rəqs edib, oynayıb. Sonra onunla birgə fəhlə işləyən həmyerlisi Saleh Ələkbərovla aralarında mübahisə yaranıb. Elə hadisə də bundan sonra baş verib.

SalehƏkbərov həmyerlisiniqətlə yetirdikdən sonrahadisə yerindən uzaqlaşıb. Mərhumun meyiti şadlıq sarayının arxasında aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi eksperetizaya göndərilib. Qətli törədən Saleh Ələkbərov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Mingəçevirdə isə şirniyyat sexində çalışan 40 yaşlı qadın dünyasını dəyişib. Şəhərdə yerləşən şirniyyat sexlərinin birində çalışan, Xəyalə Vəliyeva sol döşaltı nahiyəsindən xəsarət alaraq hadisə yerində ölüb. Qadının hansı səbəbdən dünyasını dəyişməsi araşdırmlardan sonra məlum olacaq.

Hazırda hər iki faktla bağlı rayoncinayət işi açılıb.

© xezerxeber.az


1828 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR