"Camaat qabaqda döyüşür, sən arxada niyə gizlənirsən?" - Qəhrəman zabitin atası ilə dialoqu hamının marağına səbəb olub - VİDEO

20.07.2019 19:47

"Camaat qabaqda döyüşür, sən arxada niyə gizlənirsən?".

Xezerxeber.az-ın məlumatına görə, qəhrəman zabitimiz Mirdamət Bağıyevin Aprel döyüşlərinin qızğın getdiyi saatlarda atası ilə bu dialoqu son günlərin ən maraqlı mövzusuna çevrilib.

Sosial şəbəkələrdə 2016-cı ilin Aprel döyüşlərində atası ilə dialoqu ilə məşhurlaşan mayor Mirdamət Bağıyev və atası Sərisstan Bağıyev hadisənin təfərrüatını "Xəzər Xəbər"ə danışıblar. Əməkdaşlarımız zabitin Şamaxı rayonunda yaşayan ailəsini ziyarət edib və hadisənin maraqlı məqamlarını ortaya çıxarıblar.

Mirdamət Bağıyev bildirir ki, atasının cavabından sonra danışmağa heç bir söz tapa bilməyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti Mirdamət Bağıyev Aprel döyüşlərində qarşı tərəfə ən böyük tələfat verən zabitlərdən olub və qısa zamanda düşmənin 12 texnikasını sıradan çıxarıb.

Göstərdiyi qəhrəmanlığa görə Mirdamət Bağıyev "İgidliyə görə" medalı ilə təltif edilib və rütbəsi kapitandan mayora yüksəldilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






845 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR