Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“S-400”ləri yaradan bu azərbaycanlıdır - FOTO

18.07.2019 13:38

Türkiyənin Rusiyadan aldığı, dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan "S-400” raketlərini azərbaycanlı İqor Aşurbəyli yaradıb.

Bununla bağlı "Yeni Akit” material dərc edib.

Məqalədə qeyd edilir ki, Rusiyanın ən gizli şirkəti olan "Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi "S-300 Favorit” və "S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycan əsilli İqor Aşurbəylidir.

Məsələ ilə bağlı Rusiya Araşdırmalar İnstitutu da sosial media hesabında paylaşım edib:

"İqor Aşurbəyli Rusiyada Azərbaycan əsilli elm adamıdır. "S-300” və "S-400”ün yaradıcısıdır”.

Qeyd edək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda doğulub. Mühəndisdir və Azərbaycan tarixində xüsusi xidmətləri olan Aşurbəylilər nəslindəndir. Rusiyada qurduğu enerji şirkətinin illərlə rəhbəri olub. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.

Xatırladaq ki, Türkiyə uzaq mənzilli raket müdafiə sistemini gücləndirmək üçün hazırda Rusiyadan "S-400” zenit-raket komplekslərinin tədarükünü davam etdirir.

© xezerxeber.az


261 dəfə oxunub

XƏBƏRLƏR

24.08.2019 12:05

Qəbələdə ev yanıb

ÇOX OXUNANLAR