Bakıda iki bacı itkin düşdü - Ana polisə 5 gün sonra xəbər verdi

16.07.2019 11:30

Bakıda 15 və 17 yaşlı bacılar itkin düşüb.

Binəqədi Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, məsələ ilə bağlı iyulun 14-də Biləcəri qəsəbəsi, ev 44, mənzil 70-də yaşayan 1980-ci il təvəllüdlü Oksana Vasilyevna Xolbina ərizə ilə 5-ci Polis bölməsinə müraciət edib.

O bildirib ki, iyulun 9-u saat 21:30 radələrində qızları 2002-ci il təvəllüdlü Aminə Samir qızı Əsgərova və 2004-cü il təvəllüdlü Elina Pənah qızı Pənahova İ.Dadaşov küçəsi, 71-də yerləşən kafedən çıxaraq evə qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


240 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR