Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Mayk Tayson: “Makqreqor heç vaxt Nurmaqomedovu məğlub edə bilməyəcək”

12.07.2019 15:30

"Hesab edirəm ki, Makqreqor promonun dahisidir. Həbib ona qalib gəlib, amma yenə döyüşmək istəyirlər”.

Bunu dünya boksunu əfsanəsi Mayk Tayson deyib.

O, MMA-nın UFC versiyası üzrə rusiyalı dünya çempionu Həbib Nurmaqomedovun irlandiyalı Konor Makqreqordan güclü olduğunu iddia edib. M. Tayson hesab edir ki, bu rəqiblər nə qədər qarşılaşsa, hər dəfə rusiyalı qalib gələcək. Lakin bu görüşlər ətrafında ajiotajın səbəbkarı Makqreqordur: "Azarkeşlər də onların qarşılaşmasını görmək arzusundadırlar. Buna baxmayaraq, Makqreqor rəqibinə qalib gələ bilməyəcək. O heç vaxt Nurmaqomedovu məğlub edə bilməyəcək. Lakin insanlar pul verib bu döyüşü izləməyə razıdırlar. Həbib məğlub edə biləcəyi bu rəqibi ilə döyüş üçün daha çox qazanacaq, nəinki özü səviyyəli biri ilə qarşılaşmada. Belədirsə, niyə onunla 10 dəfə döyüşməsin? Tamaşaçılar lap 10 dəfə də olsa pul ödəyib bu görüşə baxacaq. İndi hər şey marketinqdən asılıdır. Makqreqor da dahidir. Bunu ondan almaq olmaz”.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR