Nurməhəmmədov Diasla əlbəyaxa davaya çıxdı - VİDEO

08.07.2019 10:18

Döyüşləri qədər qalmaqalları ilə də məşhur olan yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun adı yenə insidentdə hallanıb.

"MMA Junkie” xəbər verir ki, qarışıq növlər üzrə müxtəlif titulların sahibi olan rusiyalı döyüşçü amerikalı həmkarı Neyt Diasla əlbəyaxa olub.

İnsident Las-Veqasdakı UFC 239 Beynəlxalq Döyüş Həftəsi zamanı baş verib. Yarışları izləyən Həbib Diasın onun oturduğu zonaya yaxınlaşmasından sonra amerikalıya etirazını bildirib.

Qarşılığında sərt cavab alan rusiyalı ayağa qalxaraq cavabını yumruqları ilə vermək istəyib.

Ətrafdakı insanların və mühafizəçilərin müdaxiləsi hadisə böyümədən sakitləşdirilib.

Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə döyüşəcək.

© xezerxeber.az


446 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR