Bu şəkildə nə görürsünüz? - Cavablar xarakterinizi müəyyənləşdirir - FOTO

24.06.2019 12:30

İlk baxışda gördüyünüz şeydən asılı olaraq xarakterinizi müəyyənləşdirən fotolara biri də əlavə olunub.

Psixoloqlar tərəfindən hazırlanan yeni foto insanların xarakterini müəyyənləşdirməyi asanlaşdırır.

Wake Up Your Mind yazır ki, əgər ilk baxışda dodaq görürsünüzsə sakit və mülayim tipiniz var. Sizinlə yola getmək və sizi yola gətirmək asandır. "Az aşım, ağrımaz başım" prinsipi ilə həyat sürürsünüz. Müəyyən qədər saf olsanız da, lazımi qədər ağıllı və müdriksiniz.

Əgər ilk baxışda ağac görürsünüzsə siz güclü və sirli birisiniz. İnsanların sizin barənizdə nə düşündüyünə önəm verirsiniz. Ətrafınızdakı insanlar inamınızı qazandıqdan sonra onları yaxına buraxırsınız.

Əgər şəkilə ilk baxanda gördüyünüz şey kökdürsə, onda siz səhvlərinizi qəbul etməyi bacarırsınız. Tənqidə açıq, sərbəstliyi sevən, həm də məsuliyyətlibirisiniz.

Qeyd edək ki, sorğuda iştirak edən insanların 60 faizdən çoxu şəkilə ilk baxanda dodaq gördüyünü bildirib.

Milli.Az

© xezerxeber.az


546 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR