Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıda güclü yanğın: iki məşhur mağaza alova büründü - VİDEO

23.06.2019 19:41

Səhər saatlarında Bakıda Nizami rayonunda 2 ərazidə yanğın olub. Qara Qarayev prospektində yerləşən "x-lady" və "izabel" mağazalarında baş verən yanğın zamanı mağaza sahibinə ziyan dəyib. Hadisə yerinə gələn Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki,Nizami rayonununticarət obyektləri baxımından sıxlığı yüksəkdir. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Bundan başqaOktay Vəliyev küçəsi 70 ünvanında da yanğın olub. Hadisə zamanı ev sahibinin 3500 manat pulu və qızıl-ziynət əşyaları yanıb.

Bəzi sahibkarlar malları yanmasın deyə məhsulları küçəyə çıxarmağa çalışıb,bəziləri isə təhlükəsizlik məqsədi ilə içəri buraxılmayıb.

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən "X-Lady" və "İzabel" mağazalarında yanğın olub. Hadisə yerinə bir neçə yanğın söndürən avtomobilləri eləcədə təcili tibbi yardım birqadaları cəlb olunub.

Əraziyə baxış keçirən Eldar Əzizov jurnalistlərə açıqlmasında bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev isə bildirib ki,yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Mağaza sahibi Fahin Ələkbərov isə ''Xəzər Xəbər''ə yanğının əvvəlcə haradan başladığını açıqlayıb.

Ərazidə Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlandığından, bu istiqamətə işləyən marşurt avtobuslarının istiqamətidə bir neçə saatlıq dəyişiklik olub..

"Azərsu" Açıq Səhimdar Cəmiyyətinin departament direktorunun müavini Rövşən Əliyev isə bildirdi ki,ərazidə yanğının söndürülməsi üçün kifayət qədər su ehtiyyatı olub.

Nizami rayonunda ikinci yanğın hadisəsi isə Oktay Vəliyev küçəsi 70 ünvanında yerləşən yataqxanada baş verib.Sakinlərin sözlərinə görə,yanğın 3-cü mərtəbədə qısaqapanmadan baş verib və nəticədə də bir ev tamamilə yanıb.Ev sahibi Nərgiz İbrahimova bildirib ki,otaqdadigər əşyalarla yanaşı onunpulu və qızıl-ziynət əşyalarıda yanıb.

Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

© xezerxeber.az


381 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR