Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü

17.06.2019 12:10

Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

Bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

****

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib.

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri gülələləyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

© xezerxeber.az


333 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR