Açıq-saçıq şəkilləri həkimin başına iş açdı - Mentalitetə ziddir - VİDEO

16.06.2019 11:48

Sosial şəbəkələrdə açıq-saçıq şəkillərini yayan həkimin lisenziyası əlindən alınıb.

XəzərXəbər Sputniknews-a istinadla xəbər verir ki, myanmarlı həkim, 28 yaşlı Nang Mwe San-ın lisenziyası əlindən alınıb.

Həm modelliklə məşğul olan, həm də həkimlik edən Nang açıq-saçıq şəkillərinə görə sənətindən olub.

Myanmar Medikal şurası Nangın açıq-saçıq şəkillərinə görə onu vəzifəsindən kənarlaşdırıb, tibbi lisenziyasını ləğv ediblər.

Onun lisenziyasının ləğv olunma barədə sənədi sosial şəbəkədə yayılıb, etiraz doğurub. Sənəddə qeyd olunub ki, bu tip açıq-saçıq şəkillər Burma mentalitetinə ziddir.

 Qeyd edək ki, Nangın sosial şəbəkədə 500 mindən çox izləyicisi var.

© xezerxeber.az

FOTOQALERIYA






1585 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR