Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Toyda qan töküldü - Göyçayda

15.06.2019 09:35

Göyçay rayonunda toy mərasimində başlayan dava qanla nəticələnib.

Hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Rayondakı "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. Mərasim iştirakçıları qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az


357 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR