Fabreqas Bakıda saçını kəsdirdi: Ustanı Fransaya aparır…

30.05.2019 15:33

"Çelsi" və "Arsenal" komandalarınin üz-üzə gəldiyi Avropa Liqasının final görüşü Bakıda keçirildiyi üçün ölkəmizə futbol camiəsinin bir çox ulduzu gəlib.

"Çelsi"nin keçmiş ispaniyalı ulduz futbolçusu Sesk Fabreqas haqda maraqlı məlumat əldə edilib. Belə ki, onun "Abşeron” otelində çalışan saç ustasına Fransada iş təklif etdiyini bildirilib.

XəzərXəbər xəbər verir ki, Sport7 məsələ ilə bağlı sözügedən bərbər İkram Yayhayevdən açıqlama alıb:

- İkram bəy, deyilənə görə, Sesk Fabreqasın saç düzümünü siz düzəltmisiniz və çox bəyənib.

- Fabreqas mənim işlədiyim "Abşeron” otelində qalırdı. Dünən gəldi yanıma. Saat 11:45 üçün yer saxlamışdıq. Saçını düzəltdim, getdi. Təxminən 2 saat sonra zəng etdi ki, bəs SPA-da olduğu üçün saç düzümü dağılıb və yenidən həmin ustanın yanına gəlmək istəyir. Saçına əl gəzdirdim. Çox bəyəndi. Səhv eləmirəmsə, dostu Falkaonu da dəvət etmək istədi. Sadəcə, dünən gəlməyi alınmadı, hər halda bu gün gələcək.

- Fabreqasın sizə Fransada iş təklif etdiyi doğrudur?

- Bəli. Şərait xoşuma gəlsə, gedərəm.

- Sizə nə dedi: şəxsi ustası kimi işləməyi, yoxsa Fransada hər hansısa bir salonda işləməyinizi, özünün də müştəri olacağını?

- Sözün açığı, o, mənə iş təklif etdi. Dedi, istəsən, bilet alım sənə, gəl, saçımı düzəlt, qayıt. Ya da ki, gəl, Fransada mən sənə salon, şərait qurum, qal işlə.

- Bəs nə fikirləşirsiniz?

- Nə dərəcədə real olduğunu bilmirəm. Çünki belə təkliflər edən çox olub. İstər futbolçu, istər müştəri. Otelin ərəb qonaqlarından da onlarla birgə getməyimi, orada salon açıb işləmək kimi təkliflər almışam. Falkaonun təklifinin ciddi olduğunu görsəm və yenidən təklif etsə, gedərəm.

- Bəs yerli futbolçulardan yanınıza gələn olur?

- Bəli. "Qarabağ"ın futbolçularının da saçını düzəltmişəm. Abdullah Zubir, Con Delarj, Mahir Mədətovun saçını düzəltmişəm.

© xezerxeber.az


1291 dəfə oxunub

XƏBƏRLƏR

16.06.2019 18:25

Salah yekun qərar verdi

ÇOX OXUNANLAR