Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakıdan Astaraya valideynlərini görməyə getdi, qəzada öldü

20.05.2019 10:25

Birinci kurs tələbəsi qəzada həyatını itirib.

"Qafqazinfo” xəbər verir ki, hadisə Astara rayonunun Şüvi kəndində baş verib. Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan Qadir Baxşiyev həftəsonu rayona gedib. Bu zaman o, dostu, 11-ci sinif şagirdi Şəhriyar Əsgərovun idarə etdiyi "VAZ 21011” markalı avtomobillə qəzaya düşüb.

Belə ki,17 yaşlı Ş. Əsgərovun maşını yük avtomobili ilə toqquşub.

Nəticədə Q. Baxşiyev hadisə yerində həyatını itirib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.




© xezerxeber.az

FOTOQALERIYA






490 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR