Güclü külək və yağış Zaqatalaya ziyan vurub

20.05.2019 10:01

Zaqatalada yağış və külək evlərin damını və istinad divarlarını uçurub, maşınlara ziyan dəyib.

Bu barədə Trend-ə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda Rayon Fövqəladə Hallar Komisiyyası iclas keçirir və dəymiş ziyan araşdırılır:

"Ötən gün saat 22:30-dan hökm sürən sərt hava şəraiti rayon və ətraf kəndlərdə fəsadlar törədib. İlkin məlumata görə, yağan güclü yağış və əsən külək irigövdəli ağacları aşırıb. Bununla yanaşı, külək yaşayış evlərinin damını uçurub, istinad divarlarını aşırıb və həyətyanı sahədə olan maşınlara da ziyan dəyib”.

İcra rəsmisi, həmçinin qeyd edib ki, rayona düşən dolu da bəzi fəsadlara səbəb olub.

© xezerxeber.az

FOTOQALERIYA






220 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR