Oğul 77 yaşlı anasını öldürüb meyitini yandırdı - Bakıda dəhşətli qətl

20.05.2019 09:48

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.

Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. (Trend)

© xezerxeber.az


316 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR