Azərbaycanda DƏHŞƏT: Yaşlı qadının üstünə benzin töküb yandırdılar

18.05.2019 10:57

Göygöldə dəhşətli hadisə baş verib.

Rayonda yaşayan 59 yaşlı Şamama Abıyeva yandırılıb.

Onu ağır yanıq xəsarətlərilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Qadının vəziyyəti ağır olduğu üçün onu Bakıya gətirəcəklər.


Araşdırmalar zamanı müəyyən edilib ki, Şamama Abıyeva qonşusu Rasim Quliyev tərəfindən yandırılıb. Rasim Quliyev qonşusunun üstünə benzin töküb və onu yandırıb.

Daha sonra qaçaraq gizlənib. Polis onun axtarışlarına başlayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

© xezerxeber.az


470 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR