Sosial müavinətlərlə bağlı yeniliklər olacaq - VİDEO

14.05.2019 19:50

Azərbaycanda yaxın zamanlarda əlilliyin təyin olunması ilə bağlı bütün qaydaların yenilənməsi gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir hazırda mövcud olan əlilliyin təyin olunması sisteminin müasir standartlara uyğun olmadığını bildirib.

Nazir bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd əlilliyin standartlarının müasirləşdirilməsi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Sahil Babayev elektron pensiya təyinatının əhatə dairəsinin getdikcə genişləndiyinə də diqqət çəkib.

Nazir həmçinin sosial müavinətlərlə bağlı bir sıra yeniliklərin gözlənildiyini də deyib. Bu yeniliklər sosial müavinətləri məşğulluqla koordinasiya edərək iş qabiliyyəti olanların əmək bazarına cəlb edilməsini nəzərdə tutur.

Bu arada, bu gün Bakıda Avropa Regional Sosial Təminat Forumu öz işinə başlayıb. Tədbirdə hökumət üzvləri, millət vəkilləri və 35 ölkədən nümayəndələr iştirak edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






679 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR