Qadın ərindən qorxduğu üçün görün, nə etdi - Bakıda AĞLAGƏLMƏZ OLAY

14.05.2019 13:04

Binə qəsəbə sakini olan qadının quldurluqla bağlı polisə yalan məlumat verməsi aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. 2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmayıb. Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

© xezerxeber.az

FOTOQALERIYA






908 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR