Hollandiyada benzin və dizellə işləyən avtomobillərin istifadəsinə qadağa qoyulacaq.
XəzərXəbər xəbər verir ki, qərar hələ ki paytaxt Amsterdam üçün keçərli olacaq.
Ətraf mühit və havanın çirklənməsi yanlış qidalanma və hərəkətsizlikdən sonra sağlamlığa təhdid olaraq üçüncü səbəb kimi göstərilir. Məhz təbiətin qorunmasına görə dizel və benzin motorlu avtomobillər 2030-cu ilə qədər paytaxtdan tamamilə yığışdırılacaq.
Hollnadiya mətbuatı qərarın bu ayın sonunda şəhər şurasında müzakirə ediləcəyini açıqlayıb. Qərar çərçivəsində ilkin mərhələdə 2020-ci ilə qədər 15 il fəaliyyət göstərmiş avtomobillərin istifadəsinə qadağa qoyulacaq. Daha sonra bu kateqoriyada olan bütün avtomobillər yollardan yığışdırılacaq.
Alternativ olaraq elektirklə işləyən avtomobillərin istifadəsinə icazə veriləcək.
Qeyd edək ki, Hollandiyada əhalinin əsas nəqliyyat vasitəsi velosipeddir./publika.az
© xezerxeber.azYanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub - AÇIQLAMA
Minik avtomobilində təhlükəli vəziyyətdə yük daşınır - VİDEO
Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub - AÇIQLAMA
Yunan hakimlər turun matçlarını boykot etməyə qərar veriblər
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər