Xoşqədəm Hidayətqızı onu tənqid edənlərə sərt cavab verdi - VİDEO

25.04.2019 18:25

"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə onun əleyhinə aparılan kampaniyaya cavab verib.

O, verilişin bugünkü buraxılışında 10 ildir efirdə olan telelayihəsi vasitəsilə gördüyü işlərdən, xeyriyyə aksiyalarından və vasitəçisi olduğu yardımlardan danışıb. Dünya televiziyalarında yayımlanan eyni məzmunlu verilişlərlə analogiya aparan Xoşqədəm Hidayətqızı efirdə baş verənlərin real həyatda yaşananlardan, insan izdirabları və problemlərindən ibarət olduğunu vurğulayıb.

O, həmçinin vaxtilə bu və ya digər səbəblərdən problemlər yaşayan şou-biznes nümayəndələrinə də daim dəstək olduğunu bildirib.

Aparıcı layihədə yaşananları şou adlandıranları verilişində diskussiyaya dəvət edərək, "Xəzər" televiziyasının müzakirələrə hər zaman açıq olduğunu bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






714 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR