Nazir direktoru işdən çıxardı - Şikayətlərə görə

25.04.2019 12:34

Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktorun işdən çıxarıb.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, nazirin əmri ilə məktəb-liseyin direktoru Yeganə Əliyeva tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib.

© xezerxeber.az


518 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR