Ərdoğandan ermənilərə tərs şillə - VİDEO

25.04.2019 10:07

"25 il öncə Ruandada 800 min məsum insanın ölümünə görə məhz Fransa günahkardır. İndi Fransa bizə dərs verir".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə təşkil olunan Arxiv simpoziumunda, "24 apreli "erməni soyqırımı” günü kimi tanıyan Fransa prezidenti Emmanuel Makrona xitabən deyib.

Ərdoğan qeyd edib ki, Türklərə insanlıq dərsi verənlərin özlərinin əlləri qanlıdır. Xaç yürüşlərində 4 milyon insanın ölümünə səbəb nə türklər, nə müsəlmanlardır.

"İkinci dünya müharibəsi illərində milyonlarla yəhudi ovunu yəqin ki, Avropalılar unudublar. Milyonlarca Krım və Ahıska türkünü bir gecədə qatara doldurub ölümə göndərənləri biz unutmadıq, unutmayacağıq.Biz arxivləri acdıq. Ey ermənilər, ey ermənilərin tərəfini tutanlar, mən arxivləri açmağa hazıram, siz də hazırsınızmı? 2015-ci ildə də bunu təklif etdik, gəlin öncə həqiqəti öyrənmək istəyirsinizsə, arxivləri öyrənən alimləri işə cəlb edək, araşdırsınlar, baxsınlar, sonra siyasətçilərə söz verək”, - deyə Ərdoğan əlavə edib.

BAKU.WS

© xezerxeber.az


360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR